Ana səhifə
22 Oktyabr 2018

İlin sonuncu Günəş tutulması başladı

Artıq cari ilin sonuncu Günəş tutulması başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 12.02-də başlayan təbiət hadisəsi (qismən tutulma), saat 13.46-da maksimum səviyyədə olacaq. Bildirilir ki, proses saat 15.30-da başa çatacaq. Qeyd olunur ki, ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək. Qeyd edək ki, bu ilin ilk Günəş tutulması fevralın 15-də baş verib.İlin ikinci Günəş tutulması isə iyulun 13-də qeydə alınıb. Bakı vaxtı ilə saat 05:48-də başlayan İkinci Günəş tutulması hadisəsi saat 08:13-də başa çatıb.
Tarix
11 Avqust 2018 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin