"Yuventus"un futbolçusu Ronaldunun məsləhəti ilə klubunu dəyişib

İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.

"Report" “Tuttosport”a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçinin agenti məlumat verib. O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək.

Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib və “Yuventus”dakı komanda yoldaşı – portuqaliyalı Kriştianu Ronaldunun məsləhətinə güvənərək "Sportinq"ə keçib.

Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldu isə “Sportinq”in yetirməsidir.

Tarix
10 Avqust 2018 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin