Ana səhifə
20 Oktyabr 2018

Palata: Azərbaycanda xarici valyuta satışına məhdudiyyət yoxdur

Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.

Palatadan bildiriblər: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".

Maliyyə nizamlayıcısı vurğulayıb ki, banklar müştərilərin tələbatını ödəmək üçün kifayət qədər xarici valyutaya malikdir:

"Bu məsələ bizim nəzarətimiz altındadır. Bundan başqa, əgər müştərilər banklarda xarici valyutaların satışında məhdudiyyətlərlə üzləşərsə, bizə müraciət edə bilərlər. Biz lazımi tədbirlər görəcəyik".

Tarix
10 Avqust 2018 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin