Ana səhifə
20 Avqust 2018

Azərbaycan Milli Kulinariya komandamızın “Super Sun”la birgə növbəti uğuru

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin Məngən bölgəsində təşkil olunmuş 33-cü “Məngən Beynəlxalq Aşpazlıq və Turizm Festivalı”nda uğurla çıxış edib.

Hazırlanan yeməklərin beynəlxalq 100 ballıq sistemlə qoymətləndirildiyi yarışda 1-ci yeri tutan komandamız Çempion adına yiyələnib.Yarışda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsi komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.

Tarix
10 Avqust 2018 [15:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin