Ana səhifə
20 Avqust 2018

“Kütləvi çıxarış” kampaniyası Gəncədə keçirilib

 “Kütləvi çıxarış” kampaniyası avqustun 10-u Gəncə şəhərində keçirilib.

Ucnoqta.az xəbər verir ki. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən reallaşdırılan tədbir zamanı 200-ə yaxın sakinə xidmət göstərilib. Keçirilən kampaniya nəticəsində 130 sakinə birbaşa yaşadıqları ərazidə əmlaklarına dair çıxarışlar təqdim olunub. Mobil ofislərə müraciət edən 70 sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, mənzilləri, həyətyanı torpaq sahələrini əhatə edib.
Kampaniya çərçivəsində 50-dən çox sakinə hüquqi yardım xidmətləri də göstərilib. Müvafiq qeydiyyat xidmətlərinə uyğun tələb olunan sənədlərin siyahısı barədə məlumat verilib. 

Cari il ərzində 15-ə yaxın “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 3-ü paytaxtda qalanı isə regionlarda baş tutub. Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

 

Tarix
10 Avqust 2018 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin