Ana səhifə
18 Oktyabr 2018

DYP-dən sürücülərə son Xəbərdarlıq - Cərimələnə bilərsiniz

DİN Baş DYP İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, İdarədən verilən məlumata görə, müracitədə deyilir: "Yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücülər inzibati məsuliyyət daşıyırlar.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər".

Tarix
10 Avqust 2018 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin