Dövlət uşaqların mülkiyyət hüquqlarını qoruyur

18:23 - 10 Avqust 2018 - KİVDF

Azərbaycan qanunvericiliyində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqların əmlak hüquqları tənzimlənir.

Məsələn,  bütün tipdən olan təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Bu, «Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» qanunun 7-ci maddəsi ilə tənzimlənir. Bu maddədə bildirilir ki, əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar.

Qanunun 7-ci maddəsində qanunda nəzərdə tutulan uşaqların penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürüldüyü də qeyd olunub. Onların əmlak hüquqları da saxlanılır.

Lakin bəzən uşaq müəssisələrinə düşən uşaqların əmlakı ilə bağlı bəzi problemlər yaranır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və ailələrə dəstək mərkəzi şəbəkəsindən bildiriblər ki, belə uşaqların uşaq müəssisələrinə düşən gündən taleyi, mülkiyyətlərinin qorunub saxlanması gündəmdə saxlanılmalıdır. Ailələr dağılandan sonra uşaqların mülkiyyəti valideynlər arasında bölüşdürülür. Valideynlərini itirən uşaqların mülkiyyəti isə onların yaxın qohumları tərəfindən qanunsuz olaraq uşaqların adından çıxarılır və satılır. Belə uşaqların rastlaşdığı ən aktual problem mənzil problemidir. Şəbəkədən bildirilib ki, sovet dövründə icra hakimiyyəti orqanlarının mənzil fondundan uşaq müəssisələrini tərk edən uşaqlara mənzil verilirdi. Həmçinin, onların işlə təminatı məqsədilə dövlət orqanlarında kvotalar müəyyən olunurdu."İndi yerli icra hakimiyyəti orqanlarının mənzil fondları yoxdur. Belə uşaqların mənzillə təmin olunması problemli məsələdir. Komitəyə fərdi şəkildə olunan müraciətlər əsasında onlara yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin köməyi ilə yalnız torpaq sahələrinin alınmasına nail oluruq. Bəzi hallarda iş adamlarının maddi yardımı ilə ev tikilir".

Şəbəkədən özəl sektorun uşaq müəssisələrini tərk edən uşaqların mənzillə təmin olunmasında rolunu vacib sayır. Bildirilir ki, yeni inşa edilən binalarda belə uşaqlar üçün mənzillər ayrılmalıdır. Bu sahədə Türkiyə təcrübəsinə istinad edən şəbəkədə düşünürlər ki, Azərbaycanda da belə uşaqların işlə təmin olunması məqsədilə dövlət orqanlarında kvotalar ayrılmalı, belə uşaqlar işə götürülməlidir.
Problemə sistemli yanaşmanı vacib sayan  şəbəkədən hesab edirlər ki, belə uşaqlarla bağlı xüsusi strategiya hazırlanmalı, onların problemlərinin həlli məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir."Uşaq müəssisələrinə düşən uşaqların 70 faizinin ata-anası var. Bu müəssisələrdə tam kimsəsiz uşaqların sayı çox azdır. Onların da taleyinə vaxtında və düzgün yanaşılsa, problemlər yaranmaz".
Ali Məhkəmənin mülki işlər üzrə kollegiyasının hakimi Əsəd Mirzəliyev isə deyib ki,. 
Həmin qurumlar belə uşaqların hüquqlarını müdafiə etməlidirlər.

"Həmin uşaqların valideynlərindən miras əmlak qalıbsa, həmin əmlakın varislik qaydasında qəbul olunması həll olunmalıdır. Bu əmlakın alqı-satqısında həmin orqanlar iştirak etməlidir", - Mirzəliyev deyib.

Onun sözlərinə görə, bu uşaqların mülkiyyət hüquqları pozularsa, onların əmlakları qanunsuz olaraq qohumları və digər şəxslər tərəfindən özününküləşdirilərsə, onlar 18 yaşa çatandan sonra mülkiyyət hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Təcrübədə uşaqlara məxsus pay torpaqlarının valideyn hüququndan məhrum edilən valideynləri tərəfindən satılması hallarına rast gəlindiyini deyən hakim bildirib ki, Ali Məhkəmə tərəfindən belə qərarlar ləğv edilib. "Valideynlər uşağın payı ilə bağlı həmin torpaq sahəsi üzərində sərəncam verə bilməz. Uşaq qəyyumluqda, himayəçilikdədirsə, həmin torpaqlar qəyyumluq, himayəçilik orqanının razılığı alınmaqla satılmalıdır", - məhkəmə hakimi deyib.
Bundan başqa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı  da bu gün çox önəmlidir.  Qanunda da bu məsələ öz həllini tapıb. 7-ci maddədə bildirilir ki, onlar həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır. Həmin uşaqlar yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olan özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirilmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır.
7-ci maddədə həmçinin bildirilir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs yaşayış sahəsinə yerləşdirilərkən, həmin yaşayış sahəsində himayəyə verilmiş valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşadıqda, qəyyumluq və himayə orqanının razılığı tələb olunur (cəza çəkməkdən azad edilmiş şəxs mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla).
Hüquqşünaz Aydın Rüstəmov bildirir ki, valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar (himayəçilər), övladlığa götürən şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar.

(davamı var)

Xəbər xətti