Ana səhifə
16 Fevral 2019

"Evdə "Qarabağ"a qarşı fərqli oynayacağıq" - BATE-nin futbolçusu

"Hələ heç kim PSV haqda düşünmür. Komanda şəklində addım-addım irəliləyirik".

Bu sözləri Belarus mətbuatına açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun deyib. Gələn həftə Borisovda keçiriləcək cavab matçı ilə bağlı fikirlərini açıqlayan 30 yaşlı futbolçu ev oyununda fərqli taktika ilə çıxış edəcəklərini bildirib:

"Açıq danışsaq, bizim elə də böyük üstünlüyümüz yoxdur. Qarşıdakı hələ Borisovda keçirəcəyimiz cavab oyunu var. Ümid edirəm ki, ev matçında həm hücumda, həm də müdafiədə bir qədər fərqli oyun nümayiş etdirəcəyik. Amma əminəm ki, Bakıda olduğu kimi, doğma meydanda da bizə çətin olacaq".

Qeyd edək ki, "Qarabağ"la BATE arasında cavab matçı avqustun 14-də Borisovda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk oyunda Belarus klubu minimal hesablı qələbəyə sevinib. Görüşdə yeganə qolu məhz Draqun vurub.

Xatırladaq ki, bu cütün qalibi pley-off mərhələsində son Hollandiya çempionu PSV-yə rəqib olacaq.qol.az

Tarix
10 Avqust 2018 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin