"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb

Bakıda keçirilən "Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan tutub, üçüncü yerlərdə isə Azərbaycan və İran hərbçiləri qərarlaşıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.trend

Tarix
10 Avqust 2018 [11:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin