Ana səhifə
16 Oktyabr 2018

DİN-dən kafedəki güllələnmə ilə bağlı Açıqlama

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda kafelərdən birində baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb.

İnsident zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Namiq Allahverdiyev ölüb, Elxan Kərimov isə xəstəxanaya yerləşdirilib. 

Qətli törətməkdə şübhəli bilinən şəxsin Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub. H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.qafqazinfo

Tarix
10 Avqust 2018 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin