Ana səhifə
18 Dekabr 2018

DİM: 39 minədək abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, saat 10.00-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11472, II ixtisas qrupu üzrə 8527, III ixtisas qrupu üzrə 9886, IV ixtisas qrupu üzrə 2888 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrə isə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 3017 nəfərdir.

Ümumilikdə 5 ixtisas qrupu üzrə 38677 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Tarix
10 Avqust 2018 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin