Ana səhifə
16 Oktyabr 2018

Komitə sədri: "Tikinti prosesi tam icazə alınandan sonra həyata keçirilməlidir"

Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir, lakin təəssüflər olsun ki, bəzi hallarda tikinti sahəsində fəaliyyət göstərən sahibkarlar bu dəstəkdən sui-istifadə edirlər, sənədləşmə prosedurunu tam həyata keçirmədən tikintiyə başlayırlar.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. S.Nuriyev qeyd edib ki, bu halların qarşısını almaq üçün lazımi tədbirlər görülür, eyni zamanda aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir:

“Hamıya səslənərək sahibkarları tikinti sahəsində qanunvericilik çərçivəsində öz işlərini görməyə çağırırıq. Bu işlərə çox ciddi nəzarət olunacaq. Sahibkarlara səslənərək deyirəm ki, tikinti prosesi tam icazə alınandan sonra həyata keçirilməlidir”.

Tarix
10 Avqust 2018 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin