Bakıda 11 il əvvəl itkin düşən şəxs axtarışa verildi

Bakıda 2007-ci ildə itkin düşən şəxs axtarışa verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi, döngə 5, mənzil 2 ünvanında yaşayan Qarayev Nadir Əhəd oğlu avqustun 8-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu, 1964-cü il təvəllüdlü Qarayev Əhəd Adil oğlunun 2007-ci ilin yanvar ayında yaşamaq üçün Rusiyaya getdiyini və geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci polis bölməsində araşdırma aparılır.

Tarix
10 Avqust 2018 [10:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin