Ana səhifə
19 Fevral 2018

“Xoxan” filminin təqdimatı keçirilib

Elməddin Cəfərov: “Yaradıcı heyət öz işini öhdəsindən gəlməyə çalşıb”

 

 

Şəhriyar Əbülov: “Bir nömrə olmaq üçün fəaliyyət göstərirəm”
 

 

Nizami Kino Mərkəzində “Xoxan” milli komediya filminin qala-gecəsi keçirilib. Filmin rejissoru Samir Kərimoğlu, prodüseri Zaur Mirzəzadədir. Filmdə Elməddin Cəfərov, Fərda Amin, Nigar İbrahimova, Ələsgər Məmədoğlu, Şəhriyar Əbilov, Nərgiz Zamir iştirak ediblər. Baş rolları Elməddin Cəfərov, Fərda Amin canlandırıb. “Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Bu bəladan qurtarmaq üçün qadın villanı satmaq istəyir, amma cin bu işin alınmasına mane olur. Villanın satışı ilə məşğul olan rieltor, cinin qızın bədənindən qovulmasını yüz min manta pul mükafatı qarşılığında iki məşhur baxıcı-avantürist Rəftar və Qəhrəmana təklif edir və sonra nələrin baş verəcəyini heç kim bilmir.

 

“Xoxan” filmi dekabrın 11-dən kinoteatrlarda nümayiş olunmağa başlayacaq. Filmin prodüseri Zaur Mirzəzadə bildirdi ki, filmin çəkilişləri 23 gün davam edib: “Məqsədimiz milli kinonun inkişafında payımızın olması və kinomuza olan marağı artırmaqdır”.

                                  Elməddin Cəfərov

 

Film haqqında “Üç nöqtə”yə danışan aktyor Elməddin Cəfərov bildirdi ki, film xoşuna gəlib: “Filmdə yaxşı yerlər var. Amma filmin içindən çıxarılan kadrlar da var. Ümumillikdə film yaxşı idi. Heyətin oyunu haqqında tamaşaçı və heyətin özü deyə bilər. Filmdə hamının əziyyəti var. Bundan yaxşısını da çəkmək olardı. Açıq deyim ki, filmlə bağlı təqdimatda iştirak edənlər yaxşı sözlər dedi. Amma bir ay keçəndən sonra ümumi tamaşaçıların rəyini bilmək istəyərdim. İnsanların rəyi mənim üçün maraqlıdır. Üzbəüz olanda xoş sözlər deyirlər(gülür). Görək tamaşaçılar filmlə bağlı nə fikirdədirlər?”.  

E. Cəfərov onu da dedi ki, hələ planımızda yeni film çəkmək yoxdu: “ “Bacanaqlar” kollektivi ilə belə bir fikrə düşmüşdük, amma deyəsən fikrimizdən uzaqlaşmışıq. Amma dəstək olarsa təbii ki, film çəkmək olar”.

                                               Şəhriyar Əbilov

 

İlk dəfə filmdə aktyor kimi çıxış edən aparıcı Şəhriyar Əbilov da filmlə bağlı təəssürtalarını bizimlə bölüşdü: “Film qala-gecədə çox yaxşı qarşılandı. Mən montaj otağında ona bir-iki dəfə baxmışdım. Amma gəlib kinoteatrda baxmaq adama başqa cür təsir edir. Bizim filmimiz  tammetrajlı, yumor və qorxu janrı olan bədii filmdi. İki bədbəxtin orada başına iş gəlir, camaat ona gülür. Filmdə dramaturgiya var, xarakter tamdı.  

Mənə obrazım haqqında müxtəlif komplimentlər deyirlər və bildirirlər ki, çox maraqlı və yadda qalan obraz canlandırmısınız, orada  fərqli bir tərəfiniz görsəndi. Amma hələ ki, mənfi fikirlər eşitmirəm”.

O, filmin çəklişindən də danışdı: “Film ramazan ayında çəkilib. Bütün heyət oruc tuturdu və gecə-gündüz dayanmadan işləyirdilər. Stress, əsəb, yorğunluğa baxmayaraq yaradıcı heyət işlərinə çox səbrli yanaşırdılar. Evdən sahur yeməyinə dururduq, sonra gecə saat 4-ə qədər iş gedirdi. Ramazan ayı olduğuna görə bir az ağır oldu. Savabı böyük olar, inşallah”.

Ş. Əbülov aktyorluq arzusunu da dilə gətirdi: “Mənim ən böyük arzum əlçatmaz olsa da “Oskar” almaqdı. Yəqin ki, heç olmasa Kann festivalına gedərəm. Aktyor olmaq mənim üçün bir nömrəli vəzifədir, aparıcılıq da həmçinin. Hər ikisində bir nömrə olmaq üçün fəaliyyət göstərirəm.

 

 

Rəqsanə

Tarix
9 Dekabr 2014 [16:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ