BMT: Suriyada artıq mühasirədə qalan bölgə yoxdur

17:38 - 9 Avqust 2018 - DÜNYA

Suriyada artıq mühasirədə qalan bölgə yoxdur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müşaviri Yan Egelann bu gün Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"İndi Suriyada BMT meyarlarına görə, mühasirəyə alınmış bölgə yoxdur" - o deyib.

Xatırladaq ki, may ayında BMT Suriyada mühasirəyə alınmış rayonun (El Fua, Kefraya və Yarmuk) olduğunu məlumat vermişdi. 

Xəbər xətti