Kişilərin beyni 40 yaşından qocalır

20:08 - 9 Avqust 2018 - MARAQLI

Qadınlarda bu 5-7 il sonra baş verir
 
Amerikalı nevroloqlar (əsəb xəstəlikləri mğtəxəssisi) yaşla bağlı baş verən dəyişikliklərlə bağlı apardıqları tədqiqatların nəticələrini dərc ediblər. Bu araşdırmalar təqribən yarım əsr davam edib. Meyo klinkasında 80 posiyent üzərində müşahidələr aparılıb. Araşdırmalarda onların gənclik dövründən  başlayaraq qocalanadək yaddaş, informasiyanı mənimsəmə, yeni biliklərə yiyələnmək bavcarıqları izlənilib.
Tədqiqatlar başa çatanda ən yaşlı iştirakçının 97 yaşı, ən gəncinin isə 68 yaşı olub. Yaşla əlaqədar olaraq bütün respondentlərin təbii olaraq yaddaşları pisləşib. Kişilərin beyni 40 yaşına çatdıqdan sonra qocalmağa başlayır. Bu dövrdə biokimyəvi reaksiyalar zəif gedir. Bu isə insanın yaddaşına, durduğu yerin cəhətini müəyyən etməsinə, hərəkətin koordinasiyasına mənfi təsir edir və tez yorulmağa səbəb olur. Qadınlarda bu proses kişilərdən 5-7 il sonra başlayır. Meyo klinkasının ekspertləri hesab edir ki, bu məyusluğa, ruh düşkünlüyünə səbəb olmamalıdır. Beyin istənilən yaşda məşqə uyğunlaşa bilir. Siz ona nə qədər tez müxtəlif tapşırıqlar versəniz, bir o qədər də neyron əlaqələri aktitvləşdirmiş olarsınız. Bu sizin beyninizin daha fəal olmasına, gec qocalmasına səbəb olar.

 

Xəbər xətti