Ana səhifə
16 Oktyabr 2018

Kanalizasiyaya axıdılan maddələr erkək balıqları dişiyə çevirir

Mənzillərin unitaz və əl-üz yuyanlarından bol-bol kanalizasiyaya axan kimyəvi maddələr daha sonra çaylara düşür və balıqların orqanizmində qəribə dəyişikliklərə səbəb olur.

Bunu Britaniya alimləri deyirlər. Kimyəvi maddələrdən ibarət kokteyl erkək balıqların orqanizmində onları özlərini dişi kişmi aparmağa məcbur edən mexanizmi işə salır. İngiltərənin Exeter Universitetindəbn professor Karles Tylor deyir ki, burada söhbət ilk növbədə şirin su (çay) balıqlarından gedir. Onun müşahidələrinə görə Britaniya çaylarındakı erkək balıqlar daha az aqressivlik nümayiş etdirir, rəqabətə maraqlarını və spermlərinin keyfiyyətini itirirlər. Bəzi balıq növlərində isə erkəklər hətta kürü tökməyə başlayır.
Balıqlara belə təsir göstərməsi ehtimal edilən maddələrdən biri də, professorun fikrincə, hamiləliyə qarşı preparatlara daxil olan inqrediyentlərdir. Kosmetika və plastik kütlənin bir sıra növləri də belə təsirə malik ola bilər. Alimin sözlərinə görə, belə dəyişikliklər Britaniya çaylarındakı balıqların 20 faizinə təsir edib.Dəyişikliklər balıq davranışının müxtəlif aspektlərində baş verir.

"Tədqiqatlar göstərib ki, təmizlənmiş suyun çaylara axıdılması nəticəsində çaylara düşən maddələr balıqların davranışına təsir göstərir. Məsələn, antidepressantlar balıqların təbii ürkəklik hissini kütləşdirir və nəticədə bu onların yırtıcılara reaksiyasını azaldır" professor deyir.
2009-cu ildə Rochester Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, ana bətnində plastmasda olan kimyəvi maddələrin təsirinə məruz qalan oğlan uşaqları doğulduqdan sonra maşın kimi oyuncaqlara biganə olur, oğlanların oyunlarına həvəssiz qatılır və adətən dava-dalaşa girişmirlər. Alimlər bildirirlər ki, plastmasın tərkibində olan bəzi maddələr qadın hormonu olan estrogeni xatırladır.

 

Tarix
9 Avqust 2018 [19:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin