Neftçalada piyadanı maşın vurub öldürdü

15:37 - 9 Avqust 2018 - HADİSƏ

Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti