Bu il 374 nəfər əlil işlə təmin olunub

14:43 - 9 Avqust 2018 - Cəmiyyət

Cari ilin ötən dövründə 650 nəfər əlilliyi olan şəxs isə özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. 
Yanvar-iyul aylarında həmçinin Dövlət Məşğulluq Xidməti Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 173  nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. 

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında sosial cəhətdən həssas digər kateqoriyalar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanların 650 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

Xəbər xətti