Ana səhifə
14 Avqust 2018

İndoneziyada zəlzələ nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşınının olub-olmaması araşdırılır

"İndoneziyada zəlzələ nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşınının olub-olmamsı araşdırılır"

Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı Səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.

6 avqust tarixində həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı.

İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.

Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Tarix
9 Avqust 2018 [13:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin