Azərbaycanda bütün uşaqların hüquqları eyni dərəcədə qorunur

18:09 - 9 Avqust 2018 - KİVDF

Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır

“Uşaqlar bizim və cəmiyyətimizin gələcəyidir. Elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Biz dövlət nümayəndələri, məsul şəxslər bütün imkanlarımızı birləşdirməliyik ki, balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, sağlam mühitdə xoşbəxt və firavan yaşasınlar”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da təkmilləşdirilir. “Belə ki, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına, talassemiya və hemofiliyaya dair, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə dövlət proqramları qəbul edilib”.

Hicran Hüseynov bildirib ki, Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla kifayətlənməyib və bir sıra qanunlar qəbul edib. Məsələn,  ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsinin davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustn 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalayıb. Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Qanunun 3-cü maddəsində göstərilir ki, "uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilib. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. 

Azər¬bay¬can¬da bü¬tün uşaq¬la¬rın hü¬quq¬la¬rı ey¬ni də¬rə¬cə¬də qo¬ru¬nur. Bu, qa¬nu¬nun 6-cı mad¬də¬sin¬də də öz ək¬si¬ni ta¬pıb. "Uşaq¬la¬rın hü¬quq bə¬ra¬bər¬li¬yi" ad¬la¬nan mad¬də¬də gös¬tə¬ri¬lir ki, bü¬tün uşaq¬lar bə¬ra¬bər hü¬quq¬la¬ra ma¬lik¬dir¬lər. Uşaq¬la¬rın, on¬la¬rın va¬li¬deyn¬lə¬ri¬nin və ya on¬la¬rı əvəz edən şəxs¬lə¬rin so¬si¬al və əm¬lak və¬ziy¬yə¬tin¬dən, sağ¬lam¬lı¬ğın¬dan, ir¬qi və mil¬li mən¬su¬biy¬yə¬tin¬dən, di¬lin¬dən, təh¬si¬lin¬dən, di¬nin¬dən, si¬ya¬si ba¬xış¬la¬rın¬dan, ya¬şa¬yış ye¬rin¬dən ası¬lı ol¬ma¬ya¬raq uşaq¬lar ay¬rı-seç¬ki¬li¬yə məruz qa¬la bil¬məz¬lər. Uşaq¬lar va¬li¬deyn¬lə¬ri¬nin və ya on¬la¬rı əvəz edən di¬gər şəxs¬lə¬rin hə¬rə¬kət¬lə¬ri¬nə gö¬rə məsuliy¬yət da¬şı¬mır və va¬li¬deyn¬lə¬ri ilə bağ¬lı sə¬bəb¬lə¬rə gö¬rə on¬la¬rın hü¬quq¬la¬rı¬nın məh¬dud¬laş¬dı¬rıl¬ma¬sı¬na yol ve¬ril¬mir. 
Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.
Milli Məclisin deputatı Rauf Əliyev isə bildirib ki, Milli Məclis tərəfindən «Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» qanun uşaq hüquqlarının qorunması istiqamətində çox mühüm sənətdir. Bu Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunun 1-ci maddəsində bildirilir ki, valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar isə hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Qeyd edək ki, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. 
Bu qanunda dövlət təminatı da yer alıb. Bildirilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir.
Bu qanunun 5-ci maddəsilə təhsil üzrə təminatlar tənzimlənir. Bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Bu uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları müddət ərzində isə dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir.  
Bundan başqa, Ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat onların müalicəsinin təşkilinə kömək edirlər.  
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Göründüyü kimi bu uşaqların hüquqları  daima dövlətin diqqət mərkəzindədir.

(davamı var)

Xəbər xətti