Ana səhifə
16 Oktyabr 2018

İyulda 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

Ölkə əhalisi dövlət əmlakının özəlləşdirilməsi və bu sahədə hərracların keçirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu, keyfiyyət və kəmiyyət göstəricilərinin müəyyən edilməsi, ünvan və digər məsələlərlə bağlı 193 saylı vahid Çağrı mərkəzinə müraciət edir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, iyul ayı ərzində Çağrı mərkəzinə ümumilikdə 900-ə yaxın müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 760-dan çoxu sorğu tipli, 100-ə yaxını isə araşdırılması tələb olunan müraciətlərdir. Sorğu tipli müraciətlər Çağrı mərkəzinin operatorları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılıb və onlara hüquqi məsləhətlər verilib. Digər müraciətlər isə qeydə alınıb, müvafiq struktur bölmələrdə araşdırılıb.

Şəhər və rayonlar üzrə iyul statistikasına əsasən paytaxt əhalisinin bu xidmətdən daha aktiv istifadəsi müşahidə olunur. Belə ki, məcmu müraciətlərin 700-dən çoxu Bakıdan, digərləri isə müxtəlif bölgə sakinləri tərəfindən ünvanlanıb. Daxil olan müraciətlərdə vətəndaşları maraqlandıran mövzular əsasən ərizənin icra vəziyyəti, daşınmaz əmlaka çıxarışın verilməsi, dövlət rüsumları və xidmət haqları, komitənin struktur bölmələrinin ünvan və iş rejimləri ilə bağlı olmuşdur. Komitənin tətbiq etdiyi müasir elektron xidmətlər, müxtəlif bölgələrdə sosialyönümlü kampaniyaların keçirilməsi  barədə Çağrı mərkəzinə müraciətlərin daxil olması vətəndaşların yüksək marağının göstəricisidir.

Qeyd edək ki, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər və stasionar nömrələrdən 193 nömrəsinə edilən zənglər ödənişsizdir. Çağrı mərkəzi canlı və səsli menyu rejimində vətəndaşlara xidmət göstərir. Canlı rejim həftənin iş günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Tarix
9 Avqust 2018 [11:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin