İspaniyada 3 min insan didərgin düşdü

17:33 - 8 Avqust 2018 - DÜNYA

İspaniyanın şərqindəki Valensiya əyalətində tüğyan edən meşə yanğınları ilə əlaqədar təxliyə olunan şəxslərin sayı 3 minə çatıb.

Yanğın zonasında min hektardan çox meşə sahəsi yanıb. Meşə zolağına yaxın ərazidə 20 evin külə döndüyü bildirilir.

Yanğının söndürülməsinə 600 yanğınsöndürənin, 25 aviatexnikanın cəlb edildiyi qeyd olunub.trend

Xəbər xətti