Bakıda ərəb turist öldü

10:18 - 8 Avqust 2018 - HADİSƏ

Bakıda ərəb turist dünyasını dəyişib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" otelində vəziyyəti pisləşib.
O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.trend

Xəbər xətti