Ana səhifə
14 Avqust 2018

Röyadan Elnarəyə: "Canlı ölüləri harama qoyacam?" - Qalmaqal -Video

Əməkdar artist Röya Ayxan bu günlərdə "Mənə sevgindən bəhs et" adlı yeni mahnısını təqdim edib. 

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, mahnı ətrafında qalmaqal yaranıb. Belə ki, müğənni Elnarə Xəlilova Uitni Hyustonun "I have nothing" mahnısını paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını "Mənə sevgindən bəhs et"ə bənzədiblər. Hətta bəstəkar Muxtar Abseynov da ona "Mən bildim" şərhini yazıb. 

Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib. 

Xəlilovanın bu hərəkəti Röyanı özündən çıxarıb. O, bir vaxtlar yaxın rəfiqəsi olan, uzun müddətdir küsülü olduğu həmkarına velə cavab verib:

"Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsız. Sadə insanları maarifləndirməlisiz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür...

Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, "stildar", "bilikdar", peşəkar izləyicisiz. Onda elə çıxır ki, CeyLonu dəvət edək sual verək ki, "Lambada"nı niyə öz mahnısına salıb oxudu? Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə bənzəməsi şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam?

Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə".

Tarix
7 Avqust 2018 [19:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin