Dünyanın nəsli kəsilmiş ən böyük quşu

19:00 - 7 Avqust 2018 - MARAQLI

XVII-XVIII əsrin hüdudlarında nəsli kəsilməsinə baxmayaraq Fil quşunun kifayət qədər çox sayda toxunulmamış yumurtaları qalıb.

Onları bu gün də tapırlar. Dünyanın ən böyük quşu Madaqaskarda yaşayıb. Aepyornis maximus-un hündürlüyü 3,5 metrə çatıb. Onun kütləsi isə 500 kiloqram olub. Azərbaycanda inəklərin orta çəkisinin 120 kiloqram, hündürlüyünün 150-160 sm olduğunu nəzərə alsaq, Fil quşunun nə qədər böyük olduğunu təsəvvür etmək olar. Bu quşun yumurtasının uzunluğu 30-32 sanqtimetr arasında dəyişib. Yəni bir basketbol topu boyda olub. Yumurtanın həcmi 8-9 litə çatıb. Bu yumurta ölçüsünə görə toyuq yumurtasından 160 dəfə    böyük olub. Aydındır ki, Fil quşu uça bilməyib. O, dəvə quşu kimi hərəkət edib. Onların nəslinin kəsilməsinə isə meşələrin qırılması, insanlar tərəfində ovlanması, yumurtalarının insanların gətirdiyi siçovullar, donuzlar və itlər tərəfindən yeyilməsi səbəb olub. Hazırda dünyada ən böyük quş strausdur (Dəvəquşu). Onun yumurtasının ölçüsü 15-21 santimetrdi.

Qeyd edək ki, Fil quşunun yumurtası bu gün də tapıldığından aydındır ki, hərraclarda satılır. 24 aprel 2013-cü ildə ona 20 min funt sterlinq ödənilib. Bu günlərdə isə başqa bir yumurta Londondakı Sotheby's hərracına çıxarılıb. Nadir yumurtanın 50 min dollara satılacağı ehtimal edilir. Hündürlüyü 30 santimetr olan yumurta XIX əsrin sonu XX əsrin əvvəlində aşkar olunub.

 

Xəbər xətti