Gəncədə evdən külli miqdarda pul və qızıl oğurlanıb

11:57 - 7 Avqust 2018 - HADİSƏ

Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115700 manat pul və 30000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib. 

Xəbər xətti