Bu günə qədər 1 007,8 min hektar sahədə taxıl biçini aparılıb

17:00 - 6 Avqust 2018 - İQTİSADİYYAT

 Bu günə qədər Azərbaycanın rayonlarında 1 007,8 min hektar sahədə taxıl biçini aparılıb. 

Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı isə arpa sahələridir. Hazırkı məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 30,1 s/ha, arpanın orta məhsuldarlığı isə 27,6 s/ha təşkil edir. Arpa biçininin 99,7%-i, buğda biçininin isə 99,1%-i yerinə yetirilib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasını dövlət qeydiyyatına alıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçilib. 18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirban – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verib və yaxud dəyişdirilib. 

Xəbər xətti