Quranın ən qədim əlyazması tapılıb

18:19 - 6 Avqust 2018 - MARAQLI

Böyük Britaniyanın Birmingem Universitetinin əməkdaşları onların kitabxanasında saxlanılan əlyazmaların Quranın ən qədim nüxsəsi olduğunu deyirlər.

Ucnoqta.az-ın məlumatına görə, universitet araşdırmaçılarının apardığı radiokarbon analizi göstərib ki, əlyazmaların ən azı 1370 yaşı var, bu isə, Quranın indiyə qədər tapılmış ən qədim nüxsəsidir. Müsəlmanların müqəddəs kitabının səhifələri təxminən bir əsrdir ki, kitabxanadadır. Britaniya Kitabxanasının əlyazmalar üzrə mütəxəssisi Dr Məhəmməd Isa Valey deyib ki, belə "həyəcanverici tapıntı" müsəlmanları "fərəhləndirə" bilər.Əlyazma Orta Şərq kitab və sənədləri kolleksiyasına saxlanılırdı. Tədqiqatçılardan biri araşdırma apararkən bu əlyazmaya dərindən baxmaq istəyib və radiokarbon analizi aparıb, nəticə "təəccübləndirici" olub. Oksford Universitetinin RadioKarbon Analiz Şöbəsinin apardığı testlərin nəticələrinə görə, əlyazma qoyun ya da keçi dərisi üzərində 95 faiz ehtimalla hicri təqvimi ilə 568-645-ci illər arasında yazılıb. "Bu bizi İslamın yarandığı dövrə apara bilər", Universitetin Xristianlıq və İslam üzrə professoru David Thomas deyib. "İslam inancına görə, Məhəmməd Peyğəmbər Quran ayələrini 610 və 632-ci illər arasında alıb". Professor Thomasın sözlərinə görə, tapıntılar göstərir ki, əlyazmanı yazan şəxs Məhəmməd Peyğəmbərin zamanında yaşayıb."Ola bilər ki, əlyazmanı yazan şəxs Məhəmməd Peyğəmbəri tanıyıb, görüb və onun xütbələrində iştirak edib".
Əlyazmanı Universitetə başqa kitablarla birgə 1920-ci ildə İraqda doğulmuş Alphonse Mingana təqdim edib.

 

Xəbər xətti