“BATE” klubunun futbolçuları Bakıya gəlir

13:09 - 6 Avqust 2018 - İDMAN

Belarusun “BATE” klubu 2018/2019-cu illər mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” futbol klubu ilə keçirəcəyi səfər görüşünə yola düşüb.

AzərTac “BATE” klubunun saytına istinadla xəbər verir ki, Aleksey Baqinin məşqçi qərargahı qarşıdakı matçda 20 futbolçuya ümid bəsləyir. Qapıçılar: Aleksey Çernıx, Anton Çiçkan, Denis Şerbitski. Müdafiəçilər - Zaxar Volkov, Maksim Volodko, Nemanya Milunoviç, Aleksey Rios, Yeqor Filipenko, Aleksandr Filipoviç, Yevqeni Yablonski. Yarımmüdafiəçilər: Dmitri Baqa, Yevgeni Beryozkin, Aleksandr Qleb, Stanislav Draqun, Mirko İvanoviç, İqor Staseviç. Hücumçular: Vladislav Muxamedov, Nikolay Siqneviç, Maksim Skavış, Yasse Tuominen.

Xəbər xətti