Dənizdə 2 nəfər batıb

Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Bildirilib ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.
Tarix
5 Avqust 2018 [10:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin