Balakəndə evdən qızıl oğurlanıb

12:08 - 4 Avqust 2018 - HADİSƏ

Balakəndə evdən qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindın “Report”a bildirilib ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Bürcalıyev saxlanılıb. Onun daha 2 evdən ümumilikdə 800 manat və qızıl əşyaları oğurlaması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Xəbər xətti