Bitkoin yenidən ucuzlaşdı

10:07 - 4 Avqust 2018 - İQTİSADİYYAT

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Bitkoin 7,4 min dollardan ucuz alınıb satılır. "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 4,21% azalaraq 7,358 min dollar təşkil edib. Alternativ kriptovalyutalar da ucuzlaşır. Belə ki, "Ethereum" 4% və ya 404,88 dollaradək, "Ripple" 0,85% (0,4389 dollara qədər), "Bitcoin Cash" isə 6,39% (714,28 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 260,84 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür. Trend

Xəbər xətti