Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb

14:54 - 3 Avqust 2018 - HADİSƏ

Qusar rayonunda yol qəzası baş verib. 

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti