Oqtay Mirqasımov davadan danışdı: “Zarafat etmişik”

12:50 - 3 Avqust 2018 - MAQAZİN

Ötən gün Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə rejissor Yavər Rzayevlə əlbəyaxaya çıxdığı bildirilən xalq artisti Oqtay Mirqasımov danışıb.

Ucnoqta.az xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə rejissor Yavər Rzayevlə əlbəyaxaya çıxdığı bildirilən xalq artisti Oqtay Mirqasımov "Ölkə.Az"a danışıb.
 Sənətkar bildirib ki, onlar zarafat edirmiş:

"Biz orada Yavər müəllimlə zarafat etmişik. Bizim onunla zarafatımız var. Görüntüdən də aydındır ki, bu, ciddi münaqişə deyil. Bəziləri mənə zəng vurub soruşdular. Mən də dedim ki, arxayın olun, dalaşmamışıq".

Qeyd edək ki, Yenicag.az-ın məlumatında tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olduğu qeyd edilir. Bildirilir ki, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.

Xəbər xətti