Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan Rusiyaya ixracı artırmağı planlaşdırır

Azərbaycan 2018-ci ilin sonunadək Rusiyaya ixracı artırmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib. O bildirib ki, ixracın artırılmasında əsas pay meyvə və tərəvəz (xurma, fındıq, pomidor, kartof), reaktiv kerosin, pambıq, alüminium və digər məhsulların payına düşəcək.

R.Əliyev əlavə edib ki, Rusiyada yaxın zamanlarda Azərbaycanın yeni şərab evlərinin açılması planlaşdırılır:

“Şərab evlərinin Moskva, Sankt-Peterburq, Həştərxan və Yekaterinburqda açılması nəzərdə tutulur”.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 349,23 milyon dollar həcmində məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,76 faiz çoxdur. Öz növbəsində Rusiyadan idxalın həcmi 788,21 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,29 faiz çoxdur.

Tarix
2 Avqust 2018 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin