ABŞ-da qaz kəmərində partlayış olub, 5 nəfər yaralanıb

11:57 - 2 Avqust 2018 - DÜNYA

ABŞ-ın Texas ştatındakı Midlend şəhəri yaxınlığındakı qaz kəmərində baş verən ardıcıl partlayışlar və ardınca yaranan yanğın nəticəsində 5 nəfər ciddi yanıq xəsarətləri alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli səlahiyyətli şəxslər ilk partlayışdan sonra hadisə yerinə yanğınsöndürənlərin gəldiyini, amma növbəti partlayışlar baş verdiyindən onlardan birinin yaralandığını bildirib.

Qeyd olunur ki, yaxınlıqda geniş boru kəmərləri şəbəkəsi olduğundan xilasedicilər üçün prioritet qaz axınını dayandırmaq və yanğının qarşısını almaq olub.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

Xəbər xətti