“Qarabağ” növbəti mərhələdə

22:53 - 1 Avqust 2018 - İDMAN

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulub. 

“Qarabağ” öz meydanında Albaniyanın “Kukesi”i komandasını qəbul edib. "Qarabağ" doğma meydanda rəqibə 3:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub.  “Qarabağ” üçüncü mərhələyə yüksələrək HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.  Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.

1 avqust
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00.

“Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 3:0 (İkinci hissə)
Qollar: Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89 Qırmızı vərəqə: Alla, 52 ("Kukesi")
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0

Xəbər xətti