Əfqanıstanda BMT-nin əməkdaşı həlak olub

19:10 - 1 Avqust 2018 - DÜNYA

Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı olub.

Bu barədə BMT-nin Əfqanıstana yardım missiyası bildirib.
Qeyd olunur ki, həmin əməkdaşın həyat yoldaşı 3 il əvvəl Kabildə həlak olmuşdu.

Xatırladaq ki, ötən gün Cəlalabad şəhərində qaçqın və miqrantların işi üzrə departamentə hücum nəticəsində 15 nəfər həlak olmuş, 20-dən çox şəxs yaralanmışdı.trend

Xəbər xətti