Ana səhifə
15 Noyabr 2018

Üzən məzənnəyə keçid istiqamətində işlər görülür

"Üzən məzənnəyə keçid istiqamətində işlər görülür".

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. "Bildirmək istəyirəm ki, dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valyutaya tələb olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik", - deyə E.Rüstəmov bildirib.Apa

Tarix
1 Avqust 2018 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin