Zaqatalada 23 yaşlı qız intihara cəhd edib

Zaqatala rayonunda intihara cəhd olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, iyulun 31-i axşam saatlarında rayonun Danaçı kənd sakini, 1995-ci il təvəllüdlü Gülarə Aydın qızı Buğluyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 23 yaşlı Gülarə Buğluyevanın özünə qəsd etmək məqsədi ilə müxtəlif adda bir neçə dərman həbi qəbul etdiyi məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülarə Buğluyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
1 Avqust 2018 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-08-01 10:07:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin