"Qarabağ"ın növbəti sınağı

09:18 - 1 Avqust 2018 - İDMAN

 Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi "Kukesi"ni qəbul edəcək.

Səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanov rəhbərlik etdiyi kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.

"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

1 avqust

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.report

Xəbər xətti