XİN:Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var

15:18 - 31 İyul 2018 - SİYASƏT

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: “Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

Xəbər xətti