Ana səhifə
16 Oktyabr 2018

Nazir: "Emin Azərbaycan mədəniyyətini bütün dünyada layiqli şəkildə təbliğ edir"

Tanınmış bəstəkar və müğənni Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti" fəxri adının vəsiqəsi və döş nişanı təqdim olundu

İyulun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanını təqdim edib.

Müğənni bu fəxri ada Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən layiq görülüb.

Ucnoqta.az xəbər verir ki, musiqiçini fəxri ad alması münasibətilə təbrik edən nazir bildirib ki, ölkə başçısı tərəfindən təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir. Çünki Emin Ağalarov müğənni və təşkilatçı kimi bu gün müasir Azərbaycan mədəniyyətini təkcə keçmiş sovet məkanında deyil, bütün dünyada layiqli şəkildə təbliğ edir:
“Azərbaycan mədəniyyətinin və ümumiyyətlə, ölkəmizin tanıdılması istiqamətindəki fəaliyyətinizə görə siz bu ada layiqsiniz və inanıram ki, bundan sonrakı fəaliyyətiniz də səmərəli olacaq”.

“Jara” Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən nazir qeyd edib ki, artıq üçüncü ildir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi festivalın təşkilində yaxından iştirak edir: “Biz bu böyük musiqi layihəsində birgə əməkdaşlıqdan məmnunluq duyuruq. Azərbaycan mədəniyyətinin təbliği baxımdan “Jara” festivalı böyük əhəmiyyət kəsb edir”.

Nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən Emin Ağalarov “Jara”nın sadəcə festival deyil, böyük musiqi platformasına çevrildiyini deyib: “Artıq üçüncü festivalı böyük hərarətlə və uğurla arxada qoyduq. Festival çərçivəsində 5 gün müddətində 250-dən artıq musiqiçi tamaşaçılar qarşısında çıxış etdi. Bütün qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edildi. Gün ərzində 75 ifa və 6 saatlıq konsertin reallaşdığı festivalın Rusiyanın baxımlı “Muz TV” kanalı ilə canlı yayımlanmasının özü də böyük əmək və məsuliyyət tələb edirdi. Çətin olsa da, bu işin öhdəsindən məharətlə gələ bildik. Heydər Əliyev Mərkəzinin qarşısında Bakı sakinləri üçün keçirdiyimiz konsert isə daha yaddaqalan oldu. Çünki bizə konsertdə iştirakla bağlı çoxsaylı mesajlar yazılırdı.
Belə qərara gəldik ki, bu məqsədlə belə bir konsert təşkil edək. İnanıram ki, növbəti festival daha rəngarəng və hərarətli olacaq. Bakının tarixi İpək Yolu üzərində yerləşməsi onu həmişə qonaqlar və turistlər üçün cəlbedici edib. Multikulturalizm beşiyi olan Azərbaycan bu festival çərçivəsində dostluğu və sülhü bir daha tərənnüm edir”.

Təqdimatdan sonra jurnalistlərə müsahibə verən Emin Ağalarov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ən yüksək fəxri adına layiq görülməyindən şərəf duyduğunu bildirib:
“Hər bir ifaçı üçün bu fəxri ad həm məsuliyyət, həm də şərəfdir. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa sinəmdə Azərbaycanın “Xalq artisti” fəxri adının nişanı ilə müsahibə vermək nəsibim olacaq. Bu fəxri ad hər zaman Azərbaycanın təbliği və tanıdılması istiqamətində fəaliyyətimi əsirgəməyəcəyimə və bu adı şərəflə daşıyacağıma bir işarədir. Bilirsiniz ki, “Jara” festivalını uğurla yekunlaşdırdıq. Festival çərçivəsində 1200-dən artıq musiqiçi Bakının mədəni həyatına sevgi, hərarət və coşqunluq gətirdi. Bu bayramda həm yaşlı, həm də gənc nəsil öz zövqlərinə uyğun musiqi dinləyə bildilər. Bu gün Moskvaya qayıdıram və növbəti festivalın hazırlıqlarına başlanılacaq. Bir daha ölkə rəhbərliyinə həm yaradıcılığıma, həm də fəaliyyətimə verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımı bildirirəm”.

Tarix
31 İyul 2018 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin