Ana səhifə
18 Sentyabr 2018

Avropa Komissiyası TANAP-a 5 mln. avro qrant ayırıb

Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinə 5 mln. avro məbləğində qrant ayırıb.

Bu barədə TANAP məlumat yayıb. Məlumata görə, bu qrant Avropa Komissiyasının enerji layihələrini dəstəkləyən CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində təmin edilib.

Məlumata görə, bu qrantla birlikdə TANAP çərçivəsindəki müxtəlif fəaliyyətlər üçün 2014-cü ildən indiyədək Avropa İttifaqının proqramlarından təmin edilən ümumi qrantın məbləği 15 mln. avrodan çox olur.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. İlk il illik həcmin 2 mlrd. kubmetr olması planlaşdırılır.

Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.report

Tarix
31 İyul 2018 [13:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin