Salyanda mikroavtobus 4 maşına çırpılıb

13:22 - 29 İyul 2018 - HADİSƏ

Salyanda yol nəqliyyat nadisəsi zamanı 1 nəfər xəsarət alıb.  Hadisə Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus anidən idarəetməni itirib və nəticədə mikroavtobus “VAZ-2107”, “VAZ-21015”, iki “VAZ-21011” markalı avtomobillərə çırpılıb. Hadisə zamanı “VAZ-2107”nin sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılrır. Report

Xəbər xətti