“Roma”nın prezidenti: "Messini bizə verməlidirlər”

10:57 - 27 İyul 2018 - İDMAN

“Roma”nın prezidenti Ceyms Pallotta “Barselona”dan narazıdır.  Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi “Bordo”dan Malkomu transfer etməyə çox yaxın olub.  Tərəflər arasında keçidlə bağlı bütün detallar razılaşdırılsa da, son anda araya girən “Barselona” daha artıq məbləğ təklif etməklə Malkonu heyətinə qatıb.  Bu isə “Roma”nın prezidentini özündən çıxarıb. Pallotta bununla bağlı deyib:  “Barselona” etik hərəkət etmədi. Səhər biz futbolçunun meneceri ilə keçidlə bağlı bütün məsələləri həll etdik. Lakin sonradan transfer baş tutmadı.  Hüquqi cəhətdən vəziyyəti araşdırırıq və “Bordo”nu məsuliyyətə cəlb etməyə çalışırıq. “Barselona” bizdən üzr istədi. Amma mən onların üzrünü qəbul etmirəm. “Barselona”nı əfv etməyim üçün Messini bizə verməlidirlər”.

Xəbər xətti