Sumqayıtda yüklə dolu "KamAZ" aşıb - Foto

10:39 - 27 İyul 2018 - HADİSƏ

Sumqayıt şəhərində mişar daşı ilə yüklü olan "KamAZ" aşıb. Hadisə Yaşıldərə yaşayış massivində baş verib. Belə ki, normadan artıq mişar daşı ilə yüklənən 30-BE-629 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarına aşıb.  Hadisə zamanı sürücü xəsarət alıb.  Faktla bağlı araşdırma aparılır. Report

Xəbər xətti