Goranboyda iki avtomobil toqquşub

10:52 - 26 İyul 2018 - HADİSƏ

Goranboyda yol qəzası baş verib.   Hadisə Goranboy- Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin idarəetmədən çıxması nəticəsində arxadan gələn “VAZ 2107” markalı minik avtomobili ona çırpılıb. Qəza zamanı Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Samir Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.   Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. Apa

Xəbər xətti