“Qarabağ”ın oyunu canlı yayımlanacaq

15:27 - 25 İyul 2018 - İDMAN

Bildiyiniz kimi “Qarabağ” klubu bu gün Çempionlar Liqasınının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Kukesi” (Albaniya) ilə qarşılaşacaq. Ucnoqta.az xəbər verir ki, klub oyundan əvvəl bəyanat yayıb. Bəyanatda qeyd olunur: “Məlum olduğu kimi, bu gün baş tutacaq “Kukesi” - “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb. Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir. Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq”. “Kukesi” - “Qarabağ” matçı saat 21.00-da başlayacaq.

Xəbər xətti